Dünya ulduzları arıqlamaq üçün hansı yollara baş vurur -  SİYAHI

Dünya ulduzları arıqlamaq üçün hansı yollara baş vurur - SİYAHI

Hazırda oxunan: Dünya ulduzları arıqlamaq üçün hansı yollara baş vurur - SİYAHI

201935
Roldan rola girən, çox az zaman ərzində kilo verə bilən dünya məhşurlarının saxladıqları dietalar hər zaman marağa səbəb olub. Bu insanların xarici görünüşü arıqlamaq və daha incə bir görünüşə sahib olmaq üçün bəzi qadınlara ilham verir. Qəbul edək ki, hər bir qadın bu məhşurlar kimi görünmək istəyər.xa0

Moderator.az dünya ulduzlarının hansı yollarla arıqladığını, öz fiquralarını necə qoruduğunu sizə təqdim edir.

Çarliz Teronxa0


Bu gözəl aktrisa arıqlamaq istədiyində alkoqol və nişastalı qidaların qadağan olunduğu Draconian dietinə əməl edir. Bu dietada axşam saat 17:00 dan sonra da heç bir şey yemək olmaz. Bununla yanaşı hər gün yoqa ilə məşğul olur.xa0

Halli Berixa0


Halli Beri diabet xəstəsidir. Oxa0 kilo almamaq üçün hər gün idman edir. Daha çox qaçış bandında gəzir, qollarını və ayaq əzələlərini bərkitmək üçün ağırlıq qaldırır. Bununla yanaşı bitkixa0 çaylarından istifadə edir.xa0

Britni Spirsxa0


Dünya şöhrətli aktrisa yüksək qida dəyəri olan və enerjili qidalardan istifadə edir. Sezar salatı,şorba kimi həm toxluq hissi yaradan, həm də kilonu kontrolda saxlayan yeməklərə üstünlük verir. Daha çox rəqs edir, yoqa ilə məşğul olur.xa0

Ketrin Zeta ”“Conzxa0


Zorro filmi ilə yaddaşlarda dərin iz buraxan bu gözəl xanım karbohidratlı qidaların tamamilə qadağan olunduğu, meyvə və tərəvəzlərə isə qismən də olsa icazə verilən Atkins dietasını saxlayır. Bu dietada ət, sosiska, pendir, kərəyağı, yumurta hətta axşam yeməyində bir qədəh şərab da icazə verilir. Tək diqqət yetiriləsi məqam isə tərkibində karbohidrat olan tərəvəzləri və əsasən də kartof yeməməkdir.xa0

Elizabet Harli


Qan qrupuna əsasən təyin olunan dietaya əməl edir. Gözəl aktrisanın qan qrupu 0 RH Pozitiv olduğu üçün onun menyusu daha çox ət məhsullarından ibarət olur. Bu dietada isə süd məhsullarından uzaq durmaq lazımdır.xa0

Cenit Ceksinxa0


Dünya səviyyəli ulduz Maykl Ceksoninxa0 bacısı Cenit Cekson gündəlik 900 kalorini keçməyən bir dieta saxlayır. Bol miqdarda tərəvəz yeyir, toyuq əti və balıq yeyir. Yağ, krem, pendir və s qidalardan uzaq durur. Bununla yanaşı hər gün 2 saat idmanlaxa0 məşğul olur.xa0

Cenifer Anistonxa0


Sarışın gözəl Zone dietasını uyqulayır. Bu dietaya əsasən gündəlik olaraq 40% karbohidrat, 30% protein, 30% isə yağ tükətə bilərsiniz. Qısaca olaraq şəkərli və nişastalı qidaları azaldarkən, ət və tərəvəz məhsullarını artırırsınız. Məsələn : səhər yeməyində yumurta , qatıq və ya keks, günorta yeməyində salat, axşam yeməyində isə toyuq, balıq və ya qırmızı ət yemək olar. Çörək və makarondan uzaq durmaq lazımdır.xa0

Madonnaxa0


Vegeterian olduğu üçün bol bol çiy tərəvəzlərdən istifadə edir. Maddonna da Sezar salatını çox sevir. Gün ərzində bir saat yarım yoqa ilə məşğul olur.xa0

Cenifer Lopezxa0


Dünyanın ən seksi qadını sayılan Cenifer səhər yumurta ağı, günorta karbohidratlı yeməklər, axşamlar isə salat yeyir. Lakin onun da vaz keçə bilmədiyi dadlar var. məsələn qəhvənin yanında peçenyə yeməyi çox sevir. Vücudunun fit qalması üçün çalışır amma əsla aneroksiya olaq istəmir. Davamlı olaraq idmanla məşğul olur.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO