“Möcüzəsiz möcüzə”x9d kitabı ilə Azərbaycanda təbii sağlamlıq və qidalanma metdlarını ilk dəfə işləyən Ərşad Əzimzadə artıq çəkinin az qala ölümə aparan fəsadlarından bəhs edib.
Moderator.az Ərşad Əzimzadənin artıq çəkinin acı fəsadlarına aid olan qeydini təqdim edir:
“Dünyanın hər yerində insanların böyük qismi artıq çəkidən, bir qismi isə ifrat köklükdən əziyyət çəkir. Lakin çox adam köklüyə etinasız yanaşır, köklüyü adi hal kimi qəbul edir. Cahillər isə öz "ətli əndamı" ilə fəxr edir. Çox adam bilmir ki, artıq çəkinin yaranması - xəstəliklərin başlanğıcı deməkdir.
Artıq çəki əsasən iki səbəbdən yaranır.
1. Daxil olan enerji (qida) ilə çıxan enerji (hərəkət) arasında olan balansın pozulması. Yəni, adam çox yeyir və çox içir, amma az hərəkət edir və az enerji itirir.
2. Uzlaşmayan (yola getməyən) qidalar qarışanda. Yəni, adam eyni vaxtda iki və daha çox uzlaşmayan qidanı qəbul edəndə. Məsələn, eyni vaxtda həm zülal (ət, paxlalı bitkilər və s), həm nişasta (çörək, kartof və s), həm də şəkər (şokolad, tort və s) qəbul edəndə, meyvələri xörəklə bərabər və ya dərhal sonra yeyəndə mədə-bağırsaq traktında qidalar həzm olunmur və çürüyür.
Hər iki halda dərinin altında elmi dildə şlak deyilən kütlə (zibil) yaranır və piy təbəqəsi əmələ gəlir. Bu təbəqə müxtəlif xəstəliklərin daşıyıcısı olan mikrobların və bakteriyaların zəngin yem bazası kimi çıxış edir, sağlamlığın düşməni olan qüvvələr möhtəşəm bazanın hesabına sürətlə artıb-törəyir və çox güclənir. O biri tərfdən də, maddələr mübadiləsi pozulduğu üçün, bizi qoruyan və yaşadan. zəhmətkeş hüceyrələr (bizim sədaqətli əsgərlərimiz, çalışqan fəhlələrimiz) lazım olan həcmdə və tərkibdə fermentlər (faydalı elementlər) ala bilmir, qidadan korluq çəkir, xəstələnir və qırılır. Beləliklə də müdafiə xətti (immun sistemi) zəyifləyir, xəstəliklər yerbəyerdən baş qaldırır və daxili orqanları bir-bir sıradan çıxardır. Biz də, səbəbi (qeyri-sağlam həyat tərzi) aradan qaldırmaq əvəzinə, başlayırıq nəticəyə (xəstəliyə, sindromlara) qarşı "vuruşmağa" -- dərmanları doldururuq canımıza və özümüzü daha güclü formada zəhərləyirik.
Nəfsin qulu olan zəif iradəli adamlar qida rejimini sahmana salmaq əvəzinə, "yeyib-içməyindən" qalmır, çalışır ki, yaranan artıq çəkini dərmanların və qaçışın hesabına aradan qaldırsın. Bəzi adamlar kapron paltarlar geyib qaçır, özünü tərlədir ki, çəkisini atsın. Bu, çox zərərli tədbirdi.
Artıq çəkidən xilas olmağın yeganə düzgün yolu - pəhrizlə (düzgün qidalanmaq) faydalı hərəkətin vəhdətidir. Yəni, qidaları qarışdırmasan, kifayət qədər çiy su, meyvə-tərəvəz qəbul etsən, hər gün kifayət qədər faydalı hərəkət etsən, artıq çəki yaranmaz. Ən başlıcası isə, hüceyrələr kifayət qədər vitaminlər, üzvi duzlar, təbii yağlar, təbii turşular və digər faydalı elementlər alar, sağlam və gümrah olar”x9d.
































































































