Təranə Qumralın qızı ərinə ad günü məclisi qurub, öpüşlərə qərq etdi — FOTO + VİDEO

Təranə Qumralın qızı ərinə ad günü məclisi qurub, öpüşlərə qərq etdi — FOTO + VİDEO

Hazırda oxunan: Təranə Qumralın qızı ərinə ad günü məclisi qurub, öpüşlərə qərq etdi — FOTO + VİDEO

95808
Müğənnilər Təranə Qumral və Musa Musayevin ərdə olan qızı Qumral həyat yoldaşı Natiq Abdul üçün təmtəraqlı ad günü məclisi qurub.
 

Sfera.az oxu.az-a istinadən bildirir ki, canfəşanlıqla keçən ad günü məclisində bütün ailə iştirak edib.

Qumral həyat yoldaşı Natiq ilə birgə rəqs etdiyi görüntüləri lentə alaraq, "İnstagram” hesabında paylaşıb. Kadrlarda Qumral Natiqi öpüşlərə qərq edib. O, yayımladığı videonu bu cür şərh edib:

"Bu günümüz çox şən gözəl keçdi. Bir daha səni təbrik edirəm, atası. Yaxşı ki, varımızsan. Sən bu dünyada hər şeyin ən gözəlinə layiqsən. Üzü nurlu, saf qəlbli, gözəl niyyətli "kocişim”.

Qeyd edək ki, Qumral-Natiq cütlüyünün bir qız və bir oğlan övladları var. Natiq Abdul "videoqraf” kimi fəaliyyət göstərir. Onun xanımı isə hazırda şəhərin elit məkanlarının birində ”showroom” (red: geyim butiki) açmağa hazırlaşır. Qumral şəxsi "İnstagram” səhifəsinin "hekayə” bölümündə geyim butikindən olan görüntülər paylaşaraq "İşlər gedir, çox az qaldı” sözlərini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO