Skeytdən yıxılan İlkin Həsəni:

Skeytdən yıxılan İlkin Həsəni: "Ayağımda yırtıq əmələ gəlib" - VİDEO

Hazırda oxunan: Skeytdən yıxılan İlkin Həsəni: "Ayağımda yırtıq əmələ gəlib" - VİDEO

99660

Aparıcı və aktyor İlkin Həsəni başına gələn təhlükəli hadisədən danışıb. 

Bizim.Media xəbər verir ki, İlkin qonaq olduğu “Səhər mərkəzi” verilişində Dənizkənarı Milli Parkda skeyt idarə edən zamanı yıxılaraq, xəsarət aldığını açıqlayıb. 

“Skeytin sürətini artırıb, saatda 35 kilometrə qaldırdım ki, bu sürəti sınaqdan keçirim. Yerimi rahatlamaq istəyirdim ki, gözlənilmədən ayağım büdrədi. Bir də gördüm ki, telefonum göydə uçur, mən özüm digər  tərəfdə “uçuram”, skeyt isə mənsiz saatda 35 kilometr sürətlə öndə gedir. İki dəfə fırlanıb, yerə dəydim.

Düzdür, aldığım xəsarət ciddi olmasa da, müəyyən bir zamandan sonra ayağımı “Maqnit Rezonans Tomoqrafiya”ya saldım.

Həkim  “MRT”nin cavabına baxıb söylədi ki, səndə səkkiz millimetrlik yırtığ əmələ gəlib. Bunu bərpa etməliyik. Ona görə sentyabrın əvvəlindən bu zamana qədər bərpa mərkəzində bəzi idman hərəkətləri ilə ayağımı bərpa edirəm”, - deyə İ.Həsəni bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO