Rəhim Rəhimli vəfat edib - FOTO

Rəhim Rəhimli vəfat edib - FOTO

Hazırda oxunan: Rəhim Rəhimli vəfat edib - FOTO

96590

Bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.  

Bizim.Media xəbər verir ki, o, bu gecə dünyasını dəyişib.  

R.Rəhimlinin ölüm səbəbi hələ açıqlanmayıb.  

Qeyd edək ki, sənətçinin bir müddətdir səhhətində problem var idi.  

R.Rəhimli 1979-cu il iyunun 7-də Ağdamda anadan olub.  

Ekstravaqant səhnə tərzi və qeyri-ordinar imici ilə həmkarlarından seçilən sənətçi yazdığı və ifa etdiyi hitləri ilə tanınır.  

R.Rəhimli 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru vəzifəsində çalışıb.  

Allah rəhmət eləsin!  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO