“Mən sosial mediada qışqıran insanlardan deyiləm. Göstərişi sevən insan deyiləm. Amma çox vətənpərvərəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova qonaq olduğu “ATV səhər” verilişində deyib.
Uzun müddət okeanın o tayında, ABŞ-da yaşayan sənətçi Azərbaycan üçün darıxdığını və gecələr göz yaşı axıtdığını dilə gətirib.
“Dünyanın bir çox yerlərində olmuşam. Hətta uzun müddət qalsam belə, heç zaman öz ölkəmin bir parçasını komforta dəyişmərəm. Çox insanlar mənə söyləyirdilər ki, niyə ABŞ-dan Bakıya geri qayıtdın. Mən ABŞ-da məcburiyyətdən orada qaldım.
Elə gün olmurdu ki, gecələr ağlamayım. Çünki çox darıxırdım. Baxanda mənə deyirlər ki, müasirsən. Amma nə qədər müasir olsam da, bir o qədər ölkəmin mədəniyyətinə və milli mentalitinə bağlı insanam. Bunu başqa yerdə hiss etməyən də, mənə pis təsir edir. Çalışıram hər zaman dəyərləri qoruyub, saxlayım”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:58 / 28.09.2022
İlhamə Qasımova: "Elə gün olmurdu ki, gecələr ağlamayım" - VİDEO
Hazırda oxunan: İlhamə Qasımova: "Elə gün olmurdu ki, gecələr ağlamayım" - VİDEO
Hazırda oxunan: İlhamə Qasımova: "Elə gün olmurdu ki, gecələr ağlamayım" - VİDEO
96271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.