Timati Sobçakın ittihamlarına CAVAB VERDİ:

Timati Sobçakın ittihamlarına CAVAB VERDİ: "Moskvada, evdəyəm" - FOTO

Hazırda oxunan: Timati Sobçakın ittihamlarına CAVAB VERDİ: "Moskvada, evdəyəm" - FOTO

95924

"Mən Moskvadayam. Evdə. Heç yerə köçmək fikrim yoxdur, yerim buradır".  

Bizim.Media xəbər verir ki, bu sözləri "Timati" ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan repçi Teymur Yunusov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi onun ölkəsində qismən səfərbərlik elanı zamanı Rusiyanı tərk edərək Özbəkistana getməsini iddia edərək tənqid edən qalmaqallı jurnalist Kseniya Sobçaka sərt cavab verib.  

"Mən səfərbərliklə bağlı hələ çağırış vərəqəsi almamışam, amma bu, o demək deyil ki, çağırılmayacam.Panikaya düşmürəm və “göyün bağlanması” və “hərbi vəziyyət” haqqında danışmıram, Bu vəziyyəti özüm üçün qəbul etdim və bununla yaşayıram. Nə qədər ki, vaxt var, ölkə daxilində bütün mümkün layihələrlə məşğul olacaq və sənətimi inkişaf etdirəcəyəm.
Səfərbərliyə gəlincə, məni səngərdə görmək arzusunda olduqları barədə çoxlu şərhlər alıram, çünki mən belə vətənpərvərəm. Gec-tez burada yaşayan, inkişaf edən, hər kəs Vətənə olan borcunu qaytarmalı olacaq. Əgər mənim mühasibatlıq ixtisasım lazımdırsa, mən hazıram", - deyə Timati fikirlərini ifadə edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO