Rəqsanə İmir təhqir olunduğu üçün polisə üz tutdu – Araşdırma başladı - VİDEO

Rəqsanə İmir təhqir olunduğu üçün polisə üz tutdu – Araşdırma başladı - VİDEO

Hazırda oxunan: Rəqsanə İmir təhqir olunduğu üçün polisə üz tutdu – Araşdırma başladı - VİDEO

95349

Aparıcı və aktrisa Rəqsanə İmir ötən gün axşam saatlarında xoşagəlməz hadisə ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə İmir sosial şəbəkə hesabında məlumat verib.

Rəqsanə paylaşdığı videoaçıqlamada bildirib ki, Fatimə Hüseynova adlı şəxs onu əvvəlcə nalayiq söyüşlərlə təhqir edib və daha sonra üstünə hücum çəkib.  

"Yaşadığım ərazidəki qarajda komendant mənə yer verib, avtomobilimi orada saxlayıram. Mühafizəçi isə deyir ki, ora başqasının yeridir, avtomobili çıxarmalısan. Ötən gün aşağı düşəndə tanımadığım bir qadın şəxsiyyətimi, valideynlərimi təhqir etdi. Bu bəs deyilmiş kimi, qolumu cırmaqlamağa, maşınıma vurmağa, təpik atmağa başladı. Həyatımda eşitmədiyim təhqirlərlə üzləşdim. Azərbaycan polisindən xahiş edirəm ki, müraciətimi qəbul etsinlər. Zəng edirəm, cavab verən yoxdur", - deyə Rəqsanə qeyd edib.  

Bir neçə saatdan sonra R.İmir daha bir videomüraciət yayımlayıb. O baş verən hadisənin avtomobilindəki videoregistrator tərəfindən qeydə alındığını deyib.  

R.İmir görüntüləri paylaşacağını və F.Hüseynovanın ondan və valideynlərindən üzr istəməyənə qədər bu məsələnin sonuna qədər gedəcəyini açıqlayıb.  

"Atam qaraja enəndə onlardan üzr istəyəndə isə həmin qadının ilk cümləsi “Az eşşəksən, burada avtomobilini saxlayırsan!?" oldu. Sən demə, həmin qadın şairə imiş. Mən o qadını tanımıram, hansı şairə və hansı şeiri var? Atamla bir yerdə şok keçirdik, bu qadın niyə belə cümlələr işlədir. Sonra o, başladı çox pis söyüşlərlə bizi təhqir etməyə. Atam sadəcə qadındır deyə, heç nə demədi. Qadın atamı söyməyə başladı. Biz bir-birimizi tanımırıq. Bina evidir, hamı bir-biri ilə salam-sağol edir. O xanımı da görməmişəm. Əgər ona xanım demək olarsa...  

Axı bir qadın necə belə söyüşlər söyə bilər? İnsan hardasa, kiməsə görə özünə olan təhqiri bağışlaya bilər. Amma valideynimə olan təhqiri heç zaman bağışlamaram. 26 yaşıma qədər heç zaman valideynlərimin başını aşağı etməmişəm və hər zaman onların adını uca tutmaq üçün çalışmışam.  

Kimsə, küçədən keçən bir qadın anamı, atamı söyürsə, bu nə deməkdir!? Həmin qadın anamdan, atamdan üzr istəməyənə qədər onu bağışlamayacağam. Nə ərizəmi geri götürəcəm, nə də ki paylaşdığım videoları siləcəm. Sonuna kimi gedəcəm. Onun arxasında kimin olduğunu bilmirəm, amma mənim arxamda yalnız sizin kimi izləyicilərim var.  
Ona görə yalnız sizə, valideynlərimə və polisimizə güvənirəm", - deyə Rəqsanə İmir fikirlərini ifadə edib.

Qeyd edək ki, aparıcı Rəqsanə İmirin hücuma məruz qalması bağlı DİN-də araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, baş leytenant Nurlan Əliyev bildirib ki, məsələdən məlumatlıyıq, araşdırma aparılır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO