Acun Azərbaycan xalqına başsağlığı verdi

Acun Azərbaycan xalqına başsağlığı verdi

Hazırda oxunan: Acun Azərbaycan xalqına başsağlığı verdi

93812

Türkiyənin məşhur iş adamı və “TV8” telekanalının rəhbəri Acun İlıcalı Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, İlıcalı sosial şəbəkə hesabında Azərbaycanla Türkiyənin yan-yana olan bayraqlarının fotosunu yayımlayaraq, şəhidlərimizi anıb, ailələrinə isə başsağlığı ünvanlayıb. 

“Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm” – Acun paylaşımına şərh yazıb.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO