Xalq artisti Röya konsertlərini təxirə saldı

Xalq artisti Röya konsertlərini təxirə saldı

Hazırda oxunan: Xalq artisti Röya konsertlərini təxirə saldı

93745

Xalq artisti Röya Ayxan sentyabr ayına olan konsertlərini təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə pop ulduz sosial şəbəkə hesabında məlumat yayıb.

Sənətçi sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədar bu cür addım atıb. 

Röya Ayxan bildirib ki, sentyabrın 18-də İstanbul “Turkcell Vadi”, 22-23-24-25 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində planlaşdırılan konsertləri qeyri-müəyyən vaxtadək təxirə salınıb: 

“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin.

Kədərinizi hiss edirəm. Mən bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm.  

İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”. 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO