Ayaqları çürüyən meyxanaçı: “Piyada gəzə bilmirəm” - ÖZƏL

Ayaqları çürüyən meyxanaçı: “Piyada gəzə bilmirəm” - ÖZƏL

Hazırda oxunan: Ayaqları çürüyən meyxanaçı: “Piyada gəzə bilmirəm” - ÖZƏL

93589

“Səhhətim heç yaxşı deyil. Hər iki ayağımı yara basıb və topuqlarım çürüyüb”. 

Bu sözləri məşhur meyxana ustadı Mahir Cürət Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Söz xiridarı artıq piyada gəzə bilmədiyini açıqlayıb.  

“Ayağımda kiçik yaralar vardı. O yaraları bilmədən qurdaladım və infeksiya saldım. Bundan sonra yara həm böyüdü, həm də çoxaldı. Artıq iki ilə yaxındır ki, ayaqlarımda yaralar var.

Həkimin yazdığı dərmanları qəbul etdim və qismən kömək oldu. Amma bir müddət sonra yenə eyni yaralar oldu. Bir sözlə, müalicənin effekti olmadı. Çox çətinliklə gəzirəm. Beş metr yol gedən kimi şiddətli ağrılarım olur. Piyada ümümiyyətlə gəzə bilmirəm”.
Mahir bildirib ki,  bu vəziyyətində ona yalnız ailəsi dayaq olur.

“Oğlum yenicə ailə qurub. Onun da çox imkanı yoxdur,  büdcəsi müxtəlif tibbi vasitələr almağa güclə çatır”. 

Redaksiyamızın əməkdaşının “Həmkarlarınız sizə baş çəkib, maraqlanırlar?” sualına M. Cürət “Həmkarlarımdan maraqlanan da var, maraqlanmayan da. Onlara mən bununla bağlı irad edə bilmərəm. Çünki hərənin öz problemi var. İndi kim kimlə maraqlanır ki?” cavabını verib. 
Qeyd edək ki, M.Cürət “De, gəlsin!” yarışının laureatlarındandır. O, meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO