Mələkxanımın qızı: “Şuşanın havasını udacağıma inanmazdım” - FOTO

Mələkxanımın qızı: “Şuşanın havasını udacağıma inanmazdım” - FOTO

Hazırda oxunan: Mələkxanımın qızı: “Şuşanın havasını udacağıma inanmazdım” - FOTO

92052

Xalq artisti Mələkxanım Əyyubovanın bloger qızı Nəzrin Şuşaya yollanıb.

Bizim.Media xəbər verir ki, sənətkarın övladı Şuşanın əsrarəngli təbiəti önündə çəkdirdiyi bir-birindən rəngarəng fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Nəzrin şəkillərinə Şuşa ilə bağlı uşaqlıq xatirələrini belə ifadə edib.

“Uşaqlığımdan bəri hər zaman Şuşanın gözəlliyini, mədəniyyətini, havasını və əzəmətini eşitmişəm. Lakin nə vaxtsa gəlib, bu torpaqları görəcəyimə, havasını udacağıma inanmazdım. Çox şükür bu günümüzə”, - deyə Nəzrin yazıb.

Qeyd edək ki, Nəzrin Nəcəfova rəssamlıqla savayı blogerlik fəaliyyəti ilə məşğul olur.

Rəşad Əliyev, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO