Bu gün mərhum Xalq artisti Yaşar Nurinin doğum günüdür.
Bizim.Media xəbər verir ki, qəlblərdə taxt quran, ölməz sənətkar yaşasaydı, 71 yaşını qeyd edəcəkdi.
Adı hər zaman mərhum aktyorla yan-yana çəkilən Xalq artisti Firəngiz Mütəllimova sosia şəbəkə hesabında Y.Nuri ilə illər əvvəl çəkdirdiyi arxiv fotolarını paylaşıb.
“Bu gün sənin doğum günündür. Həmişə yaşar Yaşar. Allah sənə rəhmət eləsin, sənətkar. Allah ailəni qorusun”, - deyə aktrisa paylaşımına şərh yazıb.
Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında Türkiyədəki klinikaların birində qaraciyərindən əməliyyat olunub.
Sonra uzun müddət Bakı Mərkəzi Gömrük Hospitalında, İstanbulun “Memorial” xəstəxanasında müalicə alıb. Bir müddət sonra sənətkarın vəziyyəti ağırlaşmış, o, 2012-ci il noyabrın 22-də 61 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:23 / 03.09.2022
Firəngiz Yaşar Nurini belə ANDI: “Həmişə yaşar Yaşar” - FOTO
Hazırda oxunan: Firəngiz Yaşar Nurini belə ANDI: “Həmişə yaşar Yaşar” - FOTO
Hazırda oxunan: Firəngiz Yaşar Nurini belə ANDI: “Həmişə yaşar Yaşar” - FOTO
91875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.