Əməkdar artist Mətanət İsgəndərli bir çox həmkarları ilə Türkiyədə tətildədir.
Bizim.Media xəbər verir ki, qardaş ölkədə istirahətdə olan sənətçi türk vətəndaşı ilə ailə quran qızı Ülkərə Antalyada baş çəkib.
Mətanətin sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə Ülkərin səsi gəlsə də, amma üzünü göstərməyib.
Antalyadan sonra Mətanət qızının ailəsi ilə birlikdə İzmirin məşhur turist bölgəsi sayılan Alaçatıya da baş çəkib.
Qeyd edək ki, Ülkər Engin adlı türkiyəli iş adamı ilə ailə qurub və Antalyada yaşayır. Cütlüyün Tuana adında bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media


