Həmidə Ömərova: “Anam ailə qurmağımı istəmirdi” – VİDEO 

Həmidə Ömərova: “Anam ailə qurmağımı istəmirdi” – VİDEO 

Hazırda oxunan: Həmidə Ömərova: “Anam ailə qurmağımı istəmirdi” – VİDEO 

89185

“Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır, təkcə işim deyildi, həm də anam idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova “O üz” verilişində deyib.  

Sənətkar anasının onun ərə getməsinə qarşı çıxdığını açıqlayıb. 

“Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim.

Oradan anam mənim haqda dedi ki, "Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz". Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim”. 
Qeyd edək ki, H.Ömərovanın Rəhim adında bir oğlu var. O, bu ilin iyununda Zülfiyyə adlı xanımla ailə qurub. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO