"Yuxu kimi"nin Cövdəti aktrisa xanımı haqda: "Könülün məndən acığı gəlirdi" – VİDEO

Hazırda oxunan: "Yuxu kimi"nin Cövdəti aktrisa xanımı haqda: "Könülün məndən acığı gəlirdi" – VİDEO

79931

"Niyazla birlikdə işləyirdik. Gördüm ki, gəlir-gedir, əl çəkmir. Beləcə münasibət yarandı və biz ailə qurduq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Yuxu" serialında canlandırdığı "Cövdət" obrazı ilə məşhurlaşan aktyor Niyaz Qasımovun həyat yoldaşı aktrisa Könül Şahbazova qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində deyib.

Həmkarı ilə ailə qurmasından söz açan Könülün fikirlərinə həyat yoldaşı Niyaz belə reaksiya verib.

"İlk baxışdan heç kim yaxşı ayrılmır. Kənardan mən tamamilə başqa cür görsənirəm. Könülün də məndən acığı gəlirdi".

Qasımovun sözlərinə güvvət olaraq xanımı "Serialda göstərdiyimiz səhnəcik sevgiyə gedən yol olub. Həmin tamaşadan sonra münasibətlərimiz meydana gəlib və hisslər yaranıb" fikirlərini dilə gətirib. 

Verilişin gedişatında Niyazın "İki nəfərlik bir tamaşa vardı. O tamaşadan sonra Könül xanımın mənə qarşı olan fikirləri dəyişdi" sözlərinə Könül "Bu tamaşa təsdiqlənəndə söylədim ki, Niyazla oynamaq istəmirəm. Orada biz "ər-arvad" obrazını canlandırmalı idik" şərh verib.

Qeyd edək ki, Niyaz-Könül cütlüyünün bir qız və bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO