Hazırda xəstəxanada müalicə alan "İkinci Vətən" müharibəsində hər iki gözünü itirən qazi Süleymana Xalq artisti Aygün Kazımova zəng edib.
Bizim.Media xəbər verir ki, qazi ilə telefonda həmsöhbət olan pop ulduz baş verən hadisəyə görə çox üzüldüyünü bildirib və onun üçün ən sevdiyi "Gecələr keçir" nəğməsini ifa edib.
Bakıda olmadığını söyləyən A.Kazımova qayıdan kimi Süleymana baş çəkəcəyini söz verib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Süleymanın Aygün Kazımovanın repertuarında yer alan "Gecələr keçir" mahnısını dinləyərək dinclik tapmasını əks etdirən görüntülər yayılmışdı. Xalq artisti isə videonu izlədikdən sonra həmən qazi ilə əlaqə saxlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:24 / 18.06.2022
Aygün Kazımova onun mahnısı ilə dinclik tapan qazi üçün ifa etdi - VİDEO
Hazırda oxunan: Aygün Kazımova onun mahnısı ilə dinclik tapan qazi üçün ifa etdi - VİDEO
Hazırda oxunan: Aygün Kazımova onun mahnısı ilə dinclik tapan qazi üçün ifa etdi - VİDEO
79803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.