Azərbaycanlı müğənni dələduzların qurbanı oldu - FOTO 

Azərbaycanlı müğənni dələduzların qurbanı oldu - FOTO 

Hazırda oxunan: Azərbaycanlı müğənni dələduzların qurbanı oldu - FOTO 

76820

"Dostlar, mənim adımdan profil şəklimi qoyub, kart nömrəsi ataraq sizlərdən pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" adıyla Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Azəri Star-2005" mahnı yarışması ilə məşhurlaşan müğənni Vaqif Şixəliyev sosial şəbəkə hesabında yazıb.

Sənətçi, "Instagram"da bir şəxsin onun adından istifadə edərək pul yığdığını və bu yolla dələduzluğa əl atdığını yazıb. V.Şixəliyev başına gələn xoşagəlməz hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyib.
"Sizdən ehtiyatlı olmağınızı, bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər. Artıq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO