Depressiyada olan Kərim: “Azərbaycanı tərk etmək istəyirəm” - VİDEO  

Hazırda oxunan: Depressiyada olan Kərim: “Azərbaycanı tərk etmək istəyirəm” - VİDEO  

76469

“Heç özüm də bilmirəm, necəyəm? Yalan deyə bilmərəm ki, yaxşıyam. Yaxşı deyiləm. Dərin depressiyadayam. Amma nəyin depressiyasıdır, heç özüm də bilmirəm. Bu dəqiqə hər şeyin depressiyasını yaşayıram. Həyatımda indi ən pis anları yaşayıram. Deyiləsi deyil. Evə qapanmışam, küçəyə çıxmıram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.  

Hazırda həyatında dərin sarsıntılar və depressiya keçirdiyini söyləyən sənətçi Azərbaycanı tərk etmək istədiyini açıqlayıb.  

“Kimsə mənə mənfi söz deyəndə dərhal depressiyaya düşürəm. Baxmayaraq ki, üzdə büruzə vermirəm. Azərbaycandan bir illik xaricə getmək istəyirəm. Problemləri burda qoyum, gedim, sakitləşim. Evdə deyirəm ki, bir də gördünüz, əşyalarımı toplayıb çıxıb getdim. Sıxılıram”.  

Bir müddət əvvəl toylarda çıxış etmək üçün Rusiyada qalan K.Abbasov orada rus şou-biznesinə qatılmaq istədiyini də dilə gətirib.  

“Dörd ay Rusiyada qaldım. Oradan baxanda bura neqativ  görünürdü. Düşünürdüm ki, bir prodüser olar, məni rus şou-biznesinə qatar. Orada qalsam, daha çox iş görərəm, nəinki burada”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO