Aylar əvvəl 9 saatlıq plastik əməliyyat keçirən müğənni Damlanın (Məsumə Məmmədova) görünüşü ilə bağlı söz-söhbətlər bitib-tükənmir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə izləyicilər sənətçinin keçirdiyi ağır əməliyyatından sonra heç bir dəyişikliyin olmamasını yazaraq, müğənnini qıcıqlandırıblar.
Damla plastik əməliyyatla bağlı ittihamlara belə münasibət bildirib.
"Çünki hələ şişkinlik keçməyib. Normalda 36 ölçü ayaqqabı geyinirəm. Bu aralar ayaqqabılarım ayağıma belə olmur. Üzüm qoğal kimi şişib. Əməliyyat normalda 5-6 ay müddətində nəticə verir. Ona görə hələ heç nə bilinmir".
Qeyd edək ki, 9 saat bıçaq altına uzanan Damlanın bədənində 4 ağır əməliyyat gerçəkləşib. O, üzünə və əllərinə kök hüceyrə vurdurub, sinəsinin həcmini kiçildib və qarın piylərindən azad olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:30 / 22.05.2022
Damla əməliyyatından danışdı : "Üzüm qoğal kimi şişib" - FOTO
Hazırda oxunan: Damla əməliyyatından danışdı : "Üzüm qoğal kimi şişib" - FOTO
Hazırda oxunan: Damla əməliyyatından danışdı : "Üzüm qoğal kimi şişib" - FOTO
75570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.