Məşhur cütlüyün məhkəməsində şok SƏSYAZMA: “Depp bıçaqla özünü kəsir, Ember isə…” - VİDEO

Məşhur cütlüyün məhkəməsində şok SƏSYAZMA: “Depp bıçaqla özünü kəsir, Ember isə…” - VİDEO

Hazırda oxunan: Məşhur cütlüyün məhkəməsində şok SƏSYAZMA: “Depp bıçaqla özünü kəsir, Ember isə…” - VİDEO

70961

Xəbər verdiyimiz kimi, dünyaca məşhur keçmiş ər-arvad, aktyorlar Conni Depp və Ember Herdin mübahisəsinin şok səsi məhkəmədə ictimaiyyətə təqdim olunub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ötən axşam "Karib dənizinin quldurları"nın ulduzu keçmiş həyat yoldaşının vəkilləri tərəfindən növbəti dəfə dindirilib.

Görüş zamanı müdafiə tərəfi aktyorun tez-tez nalayiq hərəkətlər etdiyini sübut etməyə çalışıb. Mübahisə zamanı Emberin gizlincə telefonunun yaddaşına həkk etdiyi səs yazısı səsləndirilib. 

Səs yazısında Deppin bıçaqla özünü kəsdiyi və bu anda Herdin dayanması üçün yalvardığı eşidilib.

Xatırladaq ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO