Rəqqasə Aygün:

Rəqqasə Aygün: "İmkanlı iş adamı məni özünə arvad edəcək" - VİDEO 

Hazırda oxunan: Rəqqasə Aygün: "İmkanlı iş adamı məni özünə arvad edəcək" - VİDEO 

70462

"Rusalka" ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin  ifaçısı Aygün ilə müğənni Luna Əliyeva arasında qalmaqal yaşanıb. 

Bizim Media xəbər verir ki, "Tarixin Bir Günü" şousunda müğənninin söylədiyi, "15-20 min qazanan kişilər gedib xalası, bibisi qızını alırlar" kəlməsi rəqqasəni özündən çıxarıb.

"Mən kiminsə xalası, bibisi qızından əskik qızam?! Mən şəxsən öz xeyir işimə səni dəvət edəcəyəm. Azərbaycanlı, yaraşıqlı, pullu, imkanlı iş adamı alacaq məni, özünə arvad edəcək", - deyə rəqqasə bildirib.
Şounun gedişatında rəqqasənin daha bir açıqlaması müzakirələrə səbəb olub.

"Məclislərin birində rəqs edirdim. Bir kişinin anasını güldürdüm. Gəlib onun önündə rəqs etdim. Həmin kişi məni kənara çəkdi, 5000 manat pul verdi", - Aygün vurğulayıb.

Aygün onun söylədiyinə inanmayan Lunaya, "Sənə heç vaxt o qədər pul verməzlər. Sən axı Aygün deyilsən" deyə, cavab verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO