Conni Depplə Ember Herd arasında məhkəmə başlayır - 100 milyon dollarlıq REVANŞ 

Conni Depplə Ember Herd arasında məhkəmə başlayır - 100 milyon dollarlıq REVANŞ 

Hazırda oxunan: Conni Depplə Ember Herd arasında məhkəmə başlayır - 100 milyon dollarlıq REVANŞ 

69212

Dünya şöhrətli 58 yaşlı aktyor Conni Deppin ona qarşı açdığı 50 milyon dollarlıq böhtan iddiası ilə bağlı məhkəmədə ifadə verməyə hazırlaşan həmkarı və keçmiş həyat yoldaşı Ember Herd, sosial media hesabında illərdir məhkəməyə verilməsinə baxmayaraq, "Deppi həmişə sevdiyini" açıqlayıb.  

Bizim.Media xəbər verir ki, Conni ilə Ember arasında hüquqi mübarizə qaldığı yerdən davam edir.   

Depp evlilikləri zamanı ona həm fiziki, həm də mənəvi təcavüz etdiyini iddia edən Herdi məhkəməyə verib. O isə qarşılığında 100 milyon dollarlıq təzminat tələbi irəli sürüb. 
Qalmaqallı məsələnin ardından 35 yaşlı Ember yaşadığı xoşaqəlməz hadisələrə rəğmən Conini hələ də sevdiyini bildirib: 

“Keçmiş həyat yoldaşım Conni Depplə üz-üzə gəlmək üçün Virciniya məhkəməsinə qatılacağam. Conni zorakılıq və məişət zorakılığı təcrübələrimi dilə gətirdiyim üçün məni məhkəməyə verir. Mən həmişə Conniyə məhəbbət bəsləmişəm və keçmiş təcrübələrimizin təfərrüatlarını bütün dünya qarşısında bölüşmək məni ağrıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO