"Avroviziya" təmsilçimiz İsrailə gedə bilmədi - Son dəqiqədə nə olub?

Hazırda oxunan: "Avroviziya" təmsilçimiz İsrailə gedə bilmədi - Son dəqiqədə nə olub?

68450

"Avroviziya" təmsilçimiz Nadir Rüstəmlinin İsrail səfəri baş tutmayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ifaçının özü İnstagram səhifəsində ingilis dilində yazıb.

"Məni "İsrail calling"də gözləyən hər kəsə təəssüf hissi ilə demək istəyirəm ki, səfərim son dəqiqədə təxirə düşdü. Mən gəlib performansımı göstərə, təəssüratlarımı bölüşə, sevənlərimi qucaqlaya və dəvətdəki gözəl insanları görə bilməyəcəm. Gözəl Təl-Əvivdə deyiləm, amma sizin üçün oxuya bilərəm. Çünki bizim hamımız üçün musiqi önəmlidir. Elə deyilmi?", deyə o, qeyd edib.


Xatırladaq ki, N.Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək. 

Müsabiqə mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir ikinci yarımfinalda dördüncü olaraq səhnəyə çıxacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO