Tünzalədən küsülü olduğu Faiqin sözlərinə CAVAB: \

Tünzalədən küsülü olduğu Faiqin sözlərinə CAVAB: \"Özəl səbəblərim var\"

Hazırda oxunan: Tünzalədən küsülü olduğu Faiqin sözlərinə CAVAB: \"Özəl səbəblərim var\"

66791

"Çox xırdalıqlara girmək istəmirəm, buna özəl səbəblərim var. İncəsənət nümayəndələri arasında böyük rəqabət, düşmənçilik olub. Amma dost və bir-birinə hörmət edənlər olub. 

Bizim.Media xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva "Şourum"a açıqlamasında illərdir küsülü olduğu Faiq Ağayevin onun ünvanına dediyi təriflərə cavab verərkən deyib.

“Müsbət danışan sənət dostlarıma hörmət bəsləyir və sayqıya sayqı ilə cavab verirəm. Heç kim bir-birini çox istəməyə məcbur deyil. Amma sahənin inkişafı üçün hansısa münasibətə ehtiyac var. Təşəkkür edirəm, çox sağ olsun".

Xatırladaq ki, F.Ağayev Tünzalənin ünvanına "Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb.

Tünzalə gələndə mən "Bakı payızın"da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən" sözlərini söyləyib.
Hər iki ifaçı illərdir küsülüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO