"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

Hazırda oxunan: "Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

606358

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi evlənməmişdən əvvəl ailəsində kifayət qədər sərt qaydaların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, saat 21:00-dan sonra evdə olmamaq mümkün deyildi və bu qaydalar ciddi şəkildə nəzarətdə saxlanılırdı.

İsmayılova qeyd edib ki, təkbaşına harasa getməsinə icazə verilməyib:

"Ya xalamın oğlanlarından biri mənimlə olmalı idi, ya da Nigar, Gülşən kimi yaxınlarım yanımda olurdu. 20 yaşım olsa da, rəfiqələrimlə tətilə getməyə icazəm yox idi".
 

Müğənni əlavə edib ki, ona ailə qurub, övladın olmalıdır deyilib. İfaçı artıq özü ana olduqdan sonra bu məsələyə münasibətinin dəyişdiyini vurğulayıb.


O, müəyyən yaşdan sonra daha sərbəst qərarlar verməyə başladığını deyib:

"Artıq 30 yaşım var, dedim ki, bəsdir, qarışmayın". (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO