Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

Hazırda oxunan: Tarkanın Dubay və Əbu-Dabi konsertləri ləğv olunacaq?

601153

Türkiyəli məşhur müğənni Tarkanın Dubay və Əbu-Dabidə keçirilməsi planlaşdırılan konsertlərinin taleyi sual altına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ "Gel Konuşalım" verilişində deyib.
 

O bildirib ki, bölgədə baş verən son hadisələrə görə sənətçi və komandası 16 və 17 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konsertləri ləğv etməyi düşünür.


Məlumata görə, konsertlərin ləğv edilməsi bölgənin təhlükəsizliyi ilə bağlı mənfi təsəvvür yarada biləcəyi üçün Dubayın yerli hakimiyyəti tədbirlərin baş tutması üçün danışıqları davam etdirir.

Hələlik konsertlərin taleyi ilə bağlı rəsmi qərar açıqlanmayıb. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO