Əli Mirəliyev: “Ruhəngiz ruhi xəstədir!” – ÖZƏL

Əli Mirəliyev: “Ruhəngiz ruhi xəstədir!” – ÖZƏL

Hazırda oxunan: Əli Mirəliyev: “Ruhəngiz ruhi xəstədir!” – ÖZƏL

599669

Müğənni Əli Mirəliyev Əməkdar artist Ruhəngiz Musəvinin efirdə onun görüntülərini görüb üzünü çevirməsinə sərt reaksiya verib.

Ə. Mirəliyev bu barədə Bizim.Media-ya danışıb. O, R. Musəvinin yanlış addım atdığını bildirib:
 

“Ruhəngizlə işiniz olmasın, xəstə qadındır. Nə deyim ona? 70-dən çox yaşı var. Gücü ona çatdı. Bu qədər çörək kəs, duetlər çox, sonda da mən oxuyanda üzünü çevir divara. Axı mənlə çörək kəsmisən, toylara getmisən, necə başa düşək? Normal insan bunu etməz. Ölmüşəm ki, arxanı çevirirsən? Sağam axı. Olmaz belə, ruhi xəstədir, ona keçirəm. Qadındır, edib-edib də, keçirəm”.


Qeyd edək ki, R. Musəvi “Xəzər axşamı” proqramında qonaq olarkən Ə. Mirəliyevlə duet oxuduğu anları görüb üzünü çevirmişdi.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO