Ofelya Şabanova övladını itirib

Ofelya Şabanova övladını itirib

Hazırda oxunan: Ofelya Şabanova övladını itirib

599155

Müğənni Ofelya Şabanova son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi yaşadığı ağır günlərdən danışaraq səmimi etiraflar edib.

"O mövzu barədə ətraflı danışmaq istəmirəm. Dünyaya övlad gətirmədən itirənlər var, baxıb pis olacaqlar. Oldu-keçdi, qismət deyirəm. Qurban olum Allaha, onun yazısı idi".

Şabanova son günlərdə yaşadığı qalmaqallar və stress səbəbindən övladını itirdiyini deyib. O, həmin anları xatırlayarkən çox göz yaşı tökdüyünü vurğulayıb:

"O anda çox ağladım. Hələ də depressiyadayam".

Sənətçi sosial şəbəkələrdə və efirlərdə gülümsəməsinə baxmayaraq, daxilində çətin günlər yaşadığını gizlətməyib:
 

"Gülməyimə baxmayın. Tamaşaçılara mənfi enerji ötürmək istəmirəm. Onların heç bir günahı yoxdur. Bizdən həmişə qalmaqal yox, gülərüz, gözəl musiqilər və xoş mövzular eşitmək istəyirlər".


Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər ona dəstək mesajları yazaraq, səbr və güc arzulayıblar.(Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO