Azərbaycanlı müğənni Dubayda ad gününə 60 min manat XƏRCLƏDİ

Azərbaycanlı müğənni Dubayda ad gününə 60 min manat XƏRCLƏDİ

Hazırda oxunan: Azərbaycanlı müğənni Dubayda ad gününə 60 min manat XƏRCLƏDİ

591411

Müğənni Cəmilə "Rəngarəng" verilişinə maraqlı açıqlama verərək Dubayda özünə doğum günü etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi dünyanın ən bahalı otellərindən birində qaldığını və 3 gün ərzində 60 min manat xərclədiyini açıqlayıb.

Cəmilə qeyd edib ki, bu istirahət özünə etdiyi hədiyyə olub:

"Özüm-özümə hədiyyə etdim. İllərdir işləyirəm, axır ki, özümə istirahət verdim. 3 gün qaldıq, bir günə 20 min manat xərclədim. Doğum günümü dünyanın ən yüksək otelində, 77-ci mərtəbədəki hovuzda günəşlənərək keçirdim. Maşın da kirayələmişdik. Bu yaşımda özümü düşünməli deyiləm?"

Sənətçi həmçinin valideynlərin övladları üçün əziyyət çəkməsinə toxunaraq, özünə vaxt ayırmağın vacibliyini vurğulayıb:
 

"Valideynlər övlad üçün doğulandan ölənə kimi işləyirlər, sonra nəvə üçün əziyyət çəkirlər. Bəs insan özünə nə vaxt vaxt ayıracaq?"


Cəmilə Rəngarəngin dəbdəbəli Dubay istirahəti və səmimi etirafları izləyicilər arasında böyük maraq doğurub. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO