Müğənni Rəqsanə İsmayılova aparıcı Xoşqədəm Hidayətqızının onun haqda səsləndirdiyi fikirlərə cavab verib.
Bizim.Media xəbər verir ki, Rəqsanə sosial şəbəkədə video paylaşaraq Xoşqədəmin ondan inciməsinə haqq verdiyini bildirib:
"Xoşqədəm xanımın valideynləri dünyasını dəyişəndə Azərbaycanda deyildim, anam da xəstə idi deyə, göndərə bilmədim.
Amma bizim ortaq tanıdığımız bir xanım var, ona dedim ki, Azərbaycana gələn kimi Xoşqədəmin yanına gedəcəyəm. Azərbaycana da qayıdan kimi başıma bəla gəldi və gedə bilmədim. Xoşqədəm xanımın sözlərində həqiqət var, onun valideynlərinin yas mərasimində iştirak etməmişəm və qızım da getməyib. Düz danışan adamam. Xoşqədəm xanım da çox sağ olsun ki, reallığı deyir, normal münasibətimiz var. Atamı da onun verilişində axtarmışdım, o da sağ olsun, tapmışdı. Mən ondan incimişəmsə, onun da məndən inciməyə haqqı var". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:45 / 14.01.2026
Rəqsanədən Xoşqədəmə cavab - VİDEO
Hazırda oxunan: Rəqsanədən Xoşqədəmə cavab - VİDEO
Hazırda oxunan: Rəqsanədən Xoşqədəmə cavab - VİDEO
590813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































