Fatimə Fətəliyeva: "Düz deyir, oxumağım biabırçılıqdır"

Fatimə Fətəliyeva: "Düz deyir, oxumağım biabırçılıqdır"

Hazırda oxunan: Fatimə Fətəliyeva: "Düz deyir, oxumağım biabırçılıqdır"

585002

Rəqqasə Fatimə Fətəliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun onun haqqında dediyi "Azərbaycan incəsənətini məhv etmək istəyəndir. Bizə düşməndir" sözlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, axsam.az-a açıqlama verən sənətçi Hüseyni haqlı bilib. O, qeyd edib ki, həqiqətən də öz ifası biabırçılıqdır:

"Hüseynə zəng etdim ki, mən müğənni deyiləm, rəqs sənətindəyəm. Verilişlərdə də demişəm ki, bilirəm səsim yoxdur. Boynuma alıram ki, oxuya bilmirəm. Məndən inciməsinlər, Afaqı öpürəm. Amma elə məqam yaradırlar ki, mənim mahnım gedəndə qonaq bilmir kimdir. Ayan da, Hüseyn də tanımadı. Sual verdilər ki, necə oxumaqdır? Mən də elə ifa eşitsəm, deyərəm bərbaddır, biabırçılıqdır. Orada "Ay ürəyim, oğlum" mahnımı verərdilər. Hər yerdə yüksək səviyyədə də alqışlanır.

Hüseyn sənətkardır, musiqiçidir, ürəyi musiqi ilə döyünən biridir. Heç nə demirəm, düz deyir. Sadəcə, soruşdum ki, niyə haqqımda belə dedin? Cavab verdi ki, bilmədim sənsən. Mahnını pisləyib, Fatiməni yox. Musiqinin bu halda olmağı çoxlarını sarsıdır. Hüseyn yaxşı danışmadı ki, düşməndilər.

Bu gün musiqini sənətkarlar yaxşı mahnılarla çatdırmalıdırlar. Oxuduğum mahnı bərbatdır, nə deyim? Ona klip çəkdim, amma heç yerdə oxumuram. Mənə yaraşmadı. "Oğlum" mahnısı mənə yaraşır, onu qoysaydılar yaxşı olardı. Pis söz deyilməzdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO