Mətanət sürücülərdən şikayətləndi: "Söyüş yiyəsi olmayın"

Mətanət sürücülərdən şikayətləndi: "Söyüş yiyəsi olmayın"

Hazırda oxunan: Mətanət sürücülərdən şikayətləndi: "Söyüş yiyəsi olmayın"

584903

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində piyadalara su sıçradan sürücülərdən şikayətlənib.

Bizim.Media xəbər verir ki, aparıcı bu gün işə gedərkən xoşagəlməz hadisənin şahidi olduğunu bildirib:
 

"Mədəniyyətli sürücü olmaq lazımdır. Bu gün gözümlə şahid oldum. Sürücü yol kənarındakı gölməçənin yanından keçərkən suyu səkidə hərəkət edən məktəbli uşaq və anasının üzərinə sıçratdı. O uşağın yerinə elə pis oldum ki... Uşaq və anası donub qaldı. Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı. Yazıq deyil o insanlar?".


Qeyd edək ki, piyadaların üzərinə su sıçradan sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO