Müğənni Təranə Qumral həmkarı Vəfa Şərifova ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, “Günə uğurla”da qonaq olan T. Qumral Vəfanın ona yazdığı məktuba reaksiya verib.
Sənətçi deyib ki, Vəfa ilə heç bir problemi yoxdur:
“Vəfa mənim tay-tuşum, rəfiqəm, qonşum-qohumum deyil. Necə olmalıdır ki? Uşaqdır, görəndə salamını almışam. Əslində mən olduğum yerdə ola bilmir, olmur ki, onu görüm. İllər əvvəl yeni-yeni başlayanda görmüşdüm. Onu ayrı sevənlər var, bizi də ayrı sevənlər. Bir dəfə bizim mahnını oxumaq istəmişdi, dedim, oxusun.
Vəfanı baltalayan çoxdur, mən həmişə demişəm ki, yaxşı qızdır, ona dəyməyin. Vəfanın qırğınları öz yaşıdları ilə olub, bir də Afət Fərmanqızı ilə...”.
Daha sonra məktubu cıran T. Qumral “Vəfanın məndə nömrəsi var, yoldaşı ilə dostuq. Özünə zəng edib bunu soruşaram”, - deyə bildirib.
Sara, Bizim.Media






























































































