Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum anası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı anası və oğulları ilə çəkilən videonu paylaşaraq bunları yazıb:
“Deyirlər ki, xatırlamaq gözəldir… Amma hər xatirə bir az da yaradır insana. Keçmişdən gələn bir gülüş, bir baxış, bir səs… Bir anlıq içimizi isidər, sonra əlini uzadıb toxunmaq istəyəndə buxarlanıb gedər. Xatirələr toxunulmazdır — bizə yalnız yaşadığını xatırladar, geri qaytarmadan. Anamlı günlərimdən geri qalanlar...”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva bu ilin aprelində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Sara, Bizim.Media

































































































