Flora Kərimova Eltona QƏZƏBLƏNDİ: “Dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı...” - VİDEO

Flora Kərimova Eltona QƏZƏBLƏNDİ: “Dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı...” - VİDEO

Hazırda oxunan: Flora Kərimova Eltona QƏZƏBLƏNDİ: “Dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı...” - VİDEO

583700

Xalq artisti Flora Kərimova Əməkdar artist Elton Hüseynəliyevin açıqlamasına əsəbiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib.
Sənətkar Eltonun ünvanına sərt sözlər yazıb:

“Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır.
 

Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq.


Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim, Elton, 100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

Elton, “elə demək istəməmişdim” deyəcəksiniz, mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiniz, ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə “oğlum” deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də oğul, Allah qismət etsin, gəlib bir həddə çatacaqsınız.
 

Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir, onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsız. Hələ onu da Allah nəsib eləsə, o vaxt ayıq başınızla tək məni deyil, həyatı da başa düşəcəksiniz. Öpürəm, oğul”.


Qeyd edək ki, Elton “Öz aramızda” verilişində “Fonda baxsaq, Flora xanım 500 mahnı oxuyub, onlardan 100-ü yağ-baldır. 400 dənəsinin dəxli yoxdur, hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyub 100-ü də baldır. Çox mahnı oxumaq da bir şey deyil”, - deyə vurğulayıb.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO