56 yaşlı Cennifer Lopezlə bağlı ŞOK İDDİALAR - “Özündən utan...” FOTO

56 yaşlı Cennifer Lopezlə bağlı ŞOK İDDİALAR - “Özündən utan...” FOTO

Hazırda oxunan: 56 yaşlı Cennifer Lopezlə bağlı ŞOK İDDİALAR - “Özündən utan...” FOTO

576127

Məşhur müğənni və aktrisa Cennifer Lopez son müsahibələrindən birində keçmiş həyat yoldaşlarının onu sevmədiyini və onlarda “lazımi emosional qabiliyyətin” olmadığını bildirmişdi.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlərdən sonra onun 1997–1998-ci illərdə evli olduğu ilk həyat yoldaşı Ocani Noa sosial şəbəkə hesabında sərt cavab paylaşıb.

Noa Lopez üçün sadiq və sevgi dolu bir ər olduğunu vurğulayıb:

“Səni sevirdim. Sənin üçün köçdüm, işimi və dostlarımı geridə qoydum. Səni qorudum, sənə qayğı göstərdim. Mən sənə qarşı dürüst və sadiq idim, səni heç vaxt aldatmadım. Mən sənin üçün çox yaxşı bir kişi oldum. Amma sən şöhrəti üstün tutdun”.

O, sözlərinə belə davam edib:

“Sən karyeranı hər şeydən önə çəkdin, məni isə saymadın. Yalan danışmağı və məni aldatmağı seçdin. Daha çox yalanla yaşaya bilmədiyim üçün səni tərk etdim və boşandım”.

Noa Lopezə həqiqəti deməyə çağırıb:

“Heç olmasa bir dəfə insanlara olanları danış. Problemin özündə olduğunu qəbul et.

Özündən utanmalısan”. (Musavat.com)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO