Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadın evli kişiyə qoşulub qaçdı 

Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadın evli kişiyə qoşulub qaçdı 

Hazırda oxunan: Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadın evli kişiyə qoşulub qaçdı 

44778

Ağstafa rayonunun Poylu qəsəbəsində gizlin eşq həyatı yaşayan cütlüyün eşq macərasının üstü açılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 35 yaşlı Sevda Quliyeva ( ad, soy ad şərtidir) 28 yaşlı sevgilisi Orxan Alıyevlə ( ad,soy ad şərtidir) gizlin eşq həyatı yaşayıb. 

Dəfələrlə aralarında görüş olan cütlüyün eşq macərası uzun çəkməyib. 

Qadın bir neçə dəfə sevgilisi ilə öz evində görüşüb. Sonuncu dəfə görüşdə qadının 16 yaşlı oğlu anasının məşuqunu hasardan həyətə düşən zaman görüb və dərhal işdə olan atasına məlumat verib. Bu zaman qadın əri evə gələnədək sevgilisi ilə qaçıb. 

Hazırda Ağstafa rayon polis şöbəsinin əməkdaşları cütlüyü axtarır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru,  polis baş leytenantı Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bu barədə məlumat verib.

O qeyd edib ki, hazırda axtarış prosesi davam edir: "Tezliklə həmin şəxslərin yeri müəyyən edilərək tapılıb ailələrinə təhvil veriləcək".

Qeyd edək ki,  hər iki şəxs ailəlidir. Hərəsinin iki övladı var.

Cümşüd Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO