Bayram Nurlu onu

Bayram Nurlu onu "öldürənləri" məhkəməyə verir - ÖZƏL

Hazırda oxunan: Bayram Nurlu onu "öldürənləri" məhkəməyə verir - ÖZƏL

40995

Dünən ölüm xəbəri yayılan Instagram fenomeni Bayram Nurlu onun haqqında bu cür informasiyaları yayan sayt və bir neçə YouTube kanalını məhkəməyə verəcək.

Bu barədə o, özü Bizim.Media-ya özəl açıqlamasında deyib.

"Mənim ölüm xəbərimi yaymaqla bütün sevənlərimi və ailəmi narahatlıqda saxladıqları üçün həmin o sayt və YouTube kanalları ilə hüquq müstəvisində görüşəcəm. İlk ölüm xəbərimi yayan onlar olub  və hamı da onlara istinadən yazıb. Bu xəbərlər də düşmənlərim tərəfindən xüsusi sifarişlə yazılıb. Hələ bir YouTube kanalı mənim tabutunu, baş daşımın fotosunu da paylaşmışdı, ayıbdır vallah".
 

MÖVZU İLƏ BAĞLI:

Bayram Nurlunun qəzaya düşdüyü təsdiqləndi - O, ÖLÜB? - ÖZƏL


B.Nurlu həmçinin qeyd edib ki, bu xəbəri eşidən kimi birinci anasına zəng edərək vəziyyəti ona başa salıb. Bundan başqa o, deyib ki, vəkilləri artıq bütün hüquqi prosedurlara başlayıb.

"Əgər mənim ailəmdən heç kim ölüm xəbərimi təsdiq etməyibsə, bu saytlar axı necə rəsmi açıqlama verə bilərlər? Ona görə də mənə dəymiş mənəvi ziyana görə məhkəməyə müraciət edib bu KİV-lərə təzminat davası açacam. Artıq vəkillərim işə başlayıb".

Qeyd edək ki, dünən sosial şəbəkə və bəzi saytlarda Bayram Nurlunun qəzaya düşərək həlak olması  barədə  xəbər  yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO