İnstaqram fenomeni Bayram Nurlu haqqında yayılmış xəbərləri şişirdilmiş adlandırıb.
O, bu barədə Bizim.Media-ya özəl açıqlamasında avtomobil qəzasına düşdüyünü təsdiqləyib:
"Düzdür, qəza keçirmişəm, ancaq çox yüngül. Dizimdə bir az göyərti var, vəssalam. Bu qədər şişirtməyin nə mənası var? Özümü normal hiss edirəm”.
B.Nurlu onun üçün nigaran qalan sevənlərinə təşəkkür edib.
Daha sonra B.Nurlunun bibisi yayılan xəbərlərə öz etirazını bildirib:
"Bayram tez-tez xarici ölkələrə səfərə gedir. Bəzən ona zəng edəndə əlaqə yarada bilmirik. Belə əsassız xəbərlər Bayramın ailəsini çox üzür. Xahiş edirəm ki, bu xəbərləri yayanlar əvvəl öz ailələrini düşünsünlər. Bayramın anası xəstədir, bu cür xəbərləri eşidəndə çox həyəcanlanır".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bayram Nurlunun Rusiyada qəza keçirərək dünyasını dəyişdiyi haqqında xəbərlər yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:38 / 09.10.2021
Bayram Nurlunun qəzaya düşdüyü təsdiqləndi - O, ÖLÜB? - ÖZƏL
Hazırda oxunan: Bayram Nurlunun qəzaya düşdüyü təsdiqləndi - O, ÖLÜB? - ÖZƏL
Hazırda oxunan: Bayram Nurlunun qəzaya düşdüyü təsdiqləndi - O, ÖLÜB? - ÖZƏL
40909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.