“Spotify” musiqi servisi bu yay Azərbauycanda ən çox dinlənilən mahnıların siyahısını açıqlayıb.
Bizim.Media “moscow-baku.ru”ya istinadən xəbər verir ki, ən çox qulaq asılan mahnıların onluğunda Rusiyada yaşayan azərbaycanlıların adı yoxdur.
Azərbaycanda ən çox dinlənilən mahnılar arasında birinci yerə italyan dördülüyün Avroviziyada qalib gələn Maneskin rok qrupunun “Zitti E Buoni” mahnısı olub.
İkinci yerdə də italyanların “I wanna be your slave” mahnısıdır. Azərbauycanda ən çox dinlənən mahnılar arasında koreyalı pop-musiqi təmsilçisi olan BTS, britaniyalı Dua Lipa da var.
Sonda xatırladaq ki, Avroviziya qalibləri etiraf ediblər ki, Azərbaycanın təmsil olunduuğu “Mata Hari” mahnısının sədaları altında rəqs etməyi sevirlər.
Bizim.Media