Kraliça aylar sonra qızına qovuşdu – FOTO

Kraliça aylar sonra qızına qovuşdu – FOTO

Hazırda oxunan: Kraliça aylar sonra qızına qovuşdu – FOTO

247715

Mayın 3-də İspaniya kraliçası Letisiya bu ilin yanvarından bəri görmədiyi qızı, Asturiya şahzadəsi Leonorla görüşüb.

Bizim.Media xəbər verir ki, şahzadə Leonor taxt-tacın əsas varisi və İspaniyanın gələcək kraliçası olduğu üçün o, bu il yanvarın 10-da başlayan hərbi təlimlərə qatılıb.

Göyərtəsində Leonor olan “Juan Sebastián de Elcano” gəmisi qrafikə uyğun olaraq Panama şəhərində yaxınlaşıb.
 

Gəmidən endikdən sonra kursantlar ailələri ilə bir neçə saat vaxt keçirə biliblər. İspaniya kraliçası da onların arasında olub. O, Panamaya qeyri-rəsmi səfərlə gedib və digər kursantların qohumları ilə birlikdə dörd aylıq ayrılıqdan sonra uşaqları limanda qarşılayıb.


Kraliça digər valideynlər kimi Leonorla təkbətək bir neçə gün keçirəcək. Bundan əlavə, 4 May İspaniyada Analar Günüdür. Kraliça Letisiyanın mayın 6-dək Panamada qalacağı bildirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO