ABŞ-da yaşayan telejurnalist Qənirə Ataşovanın bloklanan “instagram” hesabı açılıb.
Bizim.Media xəbər verir ki, o səhifəsinin bloklandığı dövrdə adından yazılan saxta mesajları da paylaşıb:
"Əziz dostlar, haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib.
Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların "videoscreen" paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O "screen"də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır.
Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".
Şairə Nazilə Səfərlinin cavabı isə sərt olub. O, iddialara təhqirlə cavab verib:
"Bəzi insanlar sanır ki, mən saxta həkimləri müdafiə etmişəm. Mən əsl həkimlərin saxtalarla eyni siyahıda olmasına etiraz etmişəm. Xaricdə oturub araşdırmamış pul gücünə vətənin yaxşısını qoyub yamanını danışan bloqerə demək istəyirəm ki, bu, xainlikdir! Peşəkar belə etməz!
Heç kim vətəndə quzu, xaricdə vurağan öküz olmasın. Aldığın pullardan ver, bir az xərcləyək, ay "unisex" bloqer”.
Qeyd edək ki, Q.Ataşova bir müddət əvvəl saxta diplomla fəaliyyət göstərən plastik cərrahların siyahısını paylaşmaqla gündəmə gəlmişdi.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:03 / 07.02.2025
Nazilədən Qənirə Ataşovaya SƏRT SÖZLƏR: Xaricdə oturub, pul qarşılığında vətən əleyhinə... – FOTO
Hazırda oxunan: Nazilədən Qənirə Ataşovaya SƏRT SÖZLƏR: Xaricdə oturub, pul qarşılığında vətən əleyhinə... – FOTO
Hazırda oxunan: Nazilədən Qənirə Ataşovaya SƏRT SÖZLƏR: Xaricdə oturub, pul qarşılığında vətən əleyhinə... – FOTO
233626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.