"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".
Bizim.Media xəbər verir ki, bu fikirləri “oxu.az”a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
MÖVZU İLƏ BAĞLI:
Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.
Bizim.Media