Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı ilə bağlı müraciət yayıb.
Bizim.Media xəbər verir ki, aktrisa bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Hörmətli media nümayəndələri və əziz taaşaçılar və məni sevənlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəsiyyətinə əsasən onun 3 yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur. Onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram.
Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəhəm. Vətənimin bütün gəncləri mənim doğma övladlarımdır".
Bizim.Media