Aktrisa bu serialdan təcavüzə uğradığı üçün ayrılıb - FOTO

Aktrisa bu serialdan təcavüzə uğradığı üçün ayrılıb - FOTO

Hazırda oxunan: Aktrisa bu serialdan təcavüzə uğradığı üçün ayrılıb - FOTO

21675

"The O. C." adlı serialla məşhurlaşan Mişa Barton ekran işindən tez getməsinin səbəbini illər sonra açıqlayıb.

Bizim.Media xəbər verir ki, 35 yaşı olan Barton çəkiliş məkanında təcavüzə uğradığını söyləyib. O bildirib ki, nə aktyor heyəti, nə yaradıcı komanda onun arxasında durub.

Bir vaxtlar pis alışqanlıqları, psixoloji problemləri, qalmaqallı şəxsi həyatı ilə gündəmdə olan Mişa artıa daha sakit yaşadığını bildirib:

"Kamera arxasında olanları danışmaq məni hər zaman utandırıb. Özəl həyatımı gözlərdən uzaq tutmağa çalışdım. İnsanların duyğularından xəbərdar idim. Çəkiliş zamanı dəfələrlə təcavüzə məruz qaldım. Artıq bunla bağlı susmayacam."

"Çox işləyirdim. Həmin obrazı canlandırmaq çətin idi. Çünki o obraz mən deyildim. Çox böyük filmlərdən təkliflər alırdım, amma seriala görə qəbul edə bilmirdim. Bir çox hadisədən sonra serialdan getməyin səhhətim üçün yaxşı olacağını anladım.

Həmin vaxt 17 yaşında idim, amma özümü 35 yaşında kimi hiss edirdim. Şöhrət məni məhv etdi. Ailəm də, mən də bunu qaldıra bilmədim".(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO