Türkiyənin 2 serialı baş rollarına görə İZLƏNMƏ REKORDU qırdı

Türkiyənin 2 serialı baş rollarına görə İZLƏNMƏ REKORDU qırdı

Hazırda oxunan: Türkiyənin 2 serialı baş rollarına görə İZLƏNMƏ REKORDU qırdı

212756

Türkiyədə bir neçə ildir maraqla izlənilən “Teşkilat” ilə eyni gündə “Deha” serialı yayımlanmağa başlayıb.

Bizim.Media xəbər verir ki, ən çox müzakirə edilən bu serialların reytinqi də yaxın olub. Belə ki, “Deha”nın reytinqi 5,49, “Teşkilat”ınkı isə 5,38 olub.
 

İzləyicilərin marağına səbəb olan digər detal isə “Teşkilat”ın əsas qəhrəmanının dəyişdirilməsi olub. Aybüke Pusatla birlikdə baş rolu canlandıran Murat Yıldırım serialdan ayrılıb. Aktyor Tolqa Sarıtaş “Kapitan Altay” obrazı ilə ekran işinə qatılıb.


Qeyd edək ki, Tolqa Sarıtaş daha öncə “Söz” serialında da Aybüke Pusatla baş rolu paylaşıb.

“Deha” serialının baş rolunda isə tanınmış aktyor Aras Bulut İynemli yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO