Müğənni Aynur Dadaşova boşandığı həyat yoldaşının xəyanətindən danışıb. Bildirib ki, onu küçədə, işıqforda dayanarkən yandakı avtomobildə ərinin başqa qadınla olduğunu görüb.
Bizim.Media xəbər verir ki, müğənni bunları "Sözbaz" proqramında açıqlayıb:
"İndiki ağlım olsaydı, gərək hər şeyə onda son qoyardım. Ömrüm getdi. Gərək vaxtında deyərdim, bitsin. Allah insanın qarşısına çıxarır ki, bəndəm, ayıl. Düşündüm ki, uşaq var. Ondan sonra 7 ay küsülü olduq. Oğlum körpə idi, dedim, böyüyəcək sual verəcək, nə deyəcəm? Təzədən həyatımız davam etdi. Amma sonra hər şey bitdi".
Aynur 16 yaşlı oğlunun ondan imtina etməsindən də danışıb:
"Bacısıyla danışırlar, görüşürlər. Amma mənim ünsiyyətim yoxdur. Bilmirəm, özü istəmir, yoxsa qoymurlar. 16 yaşı var, necə istəyir olsun. Anasının ürəyidir, aldığı nəfəsidir. O, elə xoşbəxtdirsə, mən də sevinirəm".
Müğənni həyatında başqa birisinin olub-olmaması haqda gəzən söhbətlərə də aydınlıq gətirib:
"Hərdən deyirəm ki, cavanam, hər kəs pul qazansa da, qayğıya ehtiyacı olur. Amma qorxuram bundan sonra sevməkdən. Üç ildir həyatımı tək yaşayıram. Sevməkdən, aldanmaqdan qorxduğum üçün həyatımda özəl biri yoxdur" - deyə, müğənni əlavə edib.
Bzizim.Media
- A-
- A
- A+
Şoutaym
20:20 / 10.05.2021
“Onu işıqforda başqa qadınla gördüm” - Aynur Dadaşova ərinin xəyanətindən danışdı
Hazırda oxunan: “Onu işıqforda başqa qadınla gördüm” - Aynur Dadaşova ərinin xəyanətindən danışdı
Hazırda oxunan: “Onu işıqforda başqa qadınla gördüm” - Aynur Dadaşova ərinin xəyanətindən danışdı
20747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.