"Həbsxana mənə yaxşı təsir etdi" - Halil Sezai 

Hazırda oxunan: "Həbsxana mənə yaxşı təsir etdi" - Halil Sezai 

19696

Qonşusunu döyərək həbs olunan  müğnni Halil Sezai azadlığa çıxdıqdan sonra “Youtube”da Armağan Çağlayanın “Gör beni” proqramında qonaq olub.

Bizim.Media xəbər verir ki, müğənni həbsxanada keçən 43 günü ilə bağlı açıqlama verib.

"Məşhur olmağa qarşıyam. Ölkəmizdə bu hadisələr gündə bəlkə 100-200 dəfə baş verir. Amma bu qədər ictimailəşdirilmir."

"Həmin günü tam olaraq xatırlamıram. Çox əsəbi də deyildim. Hər şey bir anda oldu. Xırdalıqlar haqda danışmaq istəmirəm."

"Bu hadisəyə görə həbsxanaya girdim. Bəlkə sözlərimə təəccüblənəcəksiniz, amma orada qalmaq mənim üçün çətin olmadı. Əksinə, həbsxana mənə yaxşı təsir etdi. Qalmaq üçün bir otaq verdilər."

"Bütün günü kitab oxudum. Bu vəziyyətə necə gəldiyim haqda düşündüm. Özümü həbsxanaya necə saldığımla bağlı özümə hesabat verdim”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO