Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI – VİDEO 

Hazırda oxunan: Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI – VİDEO 

187554

Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay şəhəri suya qərq olub. 

Bizim.Media xəbər verir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan bloger və iş adamı Hüseyn Həsənov hava şəraitinin yaratdığı təhlükə saçan anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Lüks avtomobili ilə Dubay küçələrində şütüyən Hüseyn nəqliyyat vasitələrinin keçməsi mümkün olmayan bir sıra yolları lentə alıb. Bundan savayı Həsənov yaşadığı yüksəkmərtəbəli binadan yan binanın eyvanlarından güclü külək nəticəsində aşan masa ilə oturacaqların görüntülərini izləyiciləri ilə bölüşüb. 

Hüseyn sözügedən paylaşımına “Ən yaxşısı, bu gün evdə qalım” qısa şərhini yazıb. 

Qeyd edək ki, Dubay şəhərində baş verən əlverişsiz hava şəraiti nəticəsində Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib. Bundan savayı bir sıra alış-veriş mərkəzlərini su basıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO